Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Şəhriyar Məmmədyarov CHESS 2016
Şəhriyar Məmmədyarov

 Azərbaycan

Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə anadan olmuşdur, FİDE reytinqi 2772 (Aprel 2017)

Şəhriyar Məmmədyarov Azərbaycanlı qrossmeysterdir. O, 2003-cü ildə 20 yaşa qədər gənclər arasında dünya çempionu olmuşdur. Şəhriyar 2005-ci ildə səkkiz oyundan sonra 2953 performansı ilə öz qələbəsini təkrarlamış, bununla da iki dəfə ardıcıl çempion adını qazanmışdır.

2007-ci ildə bürünc, 2011-ci ildə gümüş medala sahib olan Ş. Məmmədyarov 2009 və 2013-cü illərdə şahmat üzrə komandalararası Avropa Çempionatında qızıl medal qazanmışdır. 2013-cü ildə sürətli şahmat üzrə Dünya çempionu olmuşdur.

Şəhriyar iki dəfə SOCAR komandası tərkibində Avropa Klub Kubokunun qalibi olmuşdur.

Sonuncu "Shamkir Chess" turnirinin qalibidir.