Warning: mysql_result() expects parameter 1 to be resource, boolean given in /home/shamkir/public_html/class/class.counter.php on line 18
Teymur Rəcəbov CHESS 2016
Teymur Rəcəbov

 Azərbaycan

1987-ci ildə anadan olmuşdur, FİDE üzrə reytinqi 2710 (Aprel 2017) 

Teymur 2001-ci ilin mart ayında 14 yaşında qrossmeyster titulu qazanmış və həmin dövrdə dünyada ikinci ən gənc qrossmeyster olmuşdur. 

2003-cü ildə Linaresdə keçirilən turnirdə qara fiqurlarla oynayaraq yeddi il ərzində məğlub olmayan Harri Kasparova qalib gələn ilk şahmatçı oldu və Kasparovun iki il sonra təqaüdə getməsinə qədər onun bu rekordu heç bir şahmatçı tərəfindən təkrarlanmadı.   

Teymur Avropa Komanda Çempionatlarında millinin tərkibində iki qızıl medal qazanmışdır.  

2004-cü il FİDE Dünya Çempionatında yarımfinala çıxaraq bürünc medala sahib olmuşdu.

Teymur iki dəfə SOCAR Azərbaycan komandası tərkibində Avropa Klub Kubokunun qalibi olmuşdur.