Rauf Məmmədov
Azərbaycan
26 aprel 1988-ci ildə anadan olmuşdur FİDE üzrə reytinqi 2655 (May 2016)
Rauf Məmmədov Azərbaycanlı şahmatçı və qrossmeysterdir. 2004-cü ildə Dubayda keçirilən beynəlxalq turnirdə qələbə qazanaraq qrossmeyster titulu almışdır. O, üçqat Azərbaycan çempionudur (2006, 2008, 2015-ci illər).
Rauf Məmmədov 2011-ci ildə Korsikada keçirilmiş Blitz Şahmat turnirinin qalibi olmuşdur. Rauf 2015-ci ildə Minsk şəhərində keçirilmiş Blitz şahmat üzrə Avropa Çempionatının qalibi olmuşdur.