Məkan

Böyük parkla əhatə olunmuş Heydər Əliyev Mərkəzi ümumilikdə 14 hektarlıq ərazini əhatə edir. Dördmərtəbəli binanın foyesində keçmiş prezident və ümummilli lider Heydər Əliyevin abidəsi yerləşir. Mərkəzin monitorlarında dahi liderin həyat fəaliyyətini altı dildə əks etdirən video nümayiş olunur. Burada 3D kinoteatr, zəngin kitabxana (15 000 kitab), VIP kafe, konfrans otaqları, mühazirə zalı, tərcümə kabinetləri fəaliyyət göstərir. 

Mərkəzdə dahi lider Heydər Əliyevin şəxsi arxivindən və onun şəxsi və siyasi həyatını əks etdirən fotoqalereyadan ibarət muzey vardır.    

Mərkəzin tikintisinə 2012-ci ilin may ayında başlanılmışdır və 2013-cü ilin sentyabr ayında Respublika Prezidentinə təqdim edilmişdir. Özünəməxsus və müasir dizayna malik Mərkəz yerli və beynəlxalq səviyyəli görkəmli tədbirlərin keçirilməsi üçün bütün müvafiq avadanlıqla təchiz olunmuşdur.