Sergey Karyagin
Rusiya
12 yanvar 1990-cı ildə anadan olmuşdur, FİDE üzrə reytinqi 2783 (Aprel 2017)
Sergey Karyakin Ukrayna əsilli Rusiya qrossmeysteridir. O, 12 yaşında dünyanın ən gənc qrossmeysteri adına layiq görülmüş və bu titulu hələ də saxlamaqdadır. Sergey Karyakin 28 mart 2016-cı ildə Moskvada keçirilmiş Namizədlər Turnirinin qalibi olaraq şahmat üzrə 2016-cı il Dünya Çempionatında Maqnus Karlsenlə rəqabət aparmaq hüququnu əldə etmişdir.
Sergey 2012-ci ildə sürətli şahmat və 2016-cı ildə blitz üzrə dünya çempionu olmuş, 2015-ci ildə isə şahmat üzrə Dünya Kubokunu qazanmışdır. O, həmçinin iki dəfə Norveçdə keçirilmiş şahmat turnirinin (2013 və 2014-cü illər) və 2009-cu ildə keçirilmiş Korus Turnirinin qalibidir.