Fabiano Karuana
ABŞ
30 iyul1992-ci ildə anadan olmuşdur FİDE üzrə reytinqi 2804 (May 2016-ci il)
Fabiano Karuana 15 iyul 2007-ci ildə 14 yaşında qrossmeyster adı qazanaraq İtaliyanın və Amerika Birləşmiş Ştatlarının tarixində ən gənc qrossmeyster olmuşdur. 2014-cü ilin oktyabr ayında o, Elo reytinqi üzrə 2844 reytinq xalı toplayaraq şahmat tarixində ən yüksək reytinqli şahmatçılar sırasında üçüncü olmuşdur.
Karuana 2007 və 2008-ci illərdə keçirilmiş milli çempionatların qalibi olmuşdur. 2014-cü ildə İsveçrənin Zürix şəhərində keçirilmiş “Zurich Chess Challenge” turnirində o, 5 oyundan 4 xal qazanaraq sürətli şahmat bölümünün qalibi olmuşdur.