Radoslav Voytaşek

 Polşa

13 yanvar 1987-ci ildə anadan olmuşdur, FİDE reytinqi: 2745 (Aprel 2017)

Müxtəlif illərdə üç dəfə Polşa çempionu adını qazanmışdır. Bir sıra beynəlxalq turnirlərdə uğurla cıxış etmidir; 2009-cu ildə Varşavada Najdorfun xatirəsinə həsr olunmuş turnirin qalibi, 2010-cu ildə "Polonia Wrocław" beynəlxalq turnirinin qalibi, 2011-ci ilin iyununda Macarıstanın Paks şəhərində keçirilmiş 9-cu Georgi Marks xatirə turnirinin qalibi adlarını əldə etmişdir.

Voytaşek 2008-ci ildə Vişvanatan Anandın şahmat tacı uğrunda Vladimir Kramnikə qarşı mübarizəsində yardımçı-sekondantlarından biri olmuş, 2010-cu ildə Veselin Topalov və 2012-ci ildə Boris Gelfanda qarşı mübarizədə yenidən Ananda yardım etmişdir.