Pavel Elyanov
Ukrayna
10 may 1983-cü ildə anadan olmuşdur, FİDE reytinqi 2751 (Aprel 2017)
2012-ci ildə Aeroflot Opendə 1-3-cü yerləri bölüşdürmüşdür.
2010-cü ilin mayında Həştərxanda keçirilən FIDE Grand Prix seriyasından olan turnirdə qalib gəlmişdir.
2014-cü ildə Ukrayna Çempionatında 11 oyundan 7.5 xal ilə ölkə çempionu və həmin il "Shamkir Chess" turnirinin B qrupunun qalibi olmuşdur.
O, Olimpiadalarda komanda hesabında iki qızıl, bir gümüş və individual hesabda bir gümüş medal qazanmışdır.
2013-cü ildə keçirilmiş şahmat üzrə Dünya Çempionatında Karlsenin sekundantlarından biri olmuşdur.