Vladimir Kramnik

 Rusiya

25 iyun 1975-ci ildə Tuapse şəhərində anadan olmuşdur, FİDE reytinqi 2811 (Aprel 2017).

2000-2006-cı illər arası Klassik Dünya Çempionu, 2006-2007 Dünya Çempionu olmuşdur.

Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır. Bundan əlavə Avropa(1992) və Dünya(2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır.

2013-cü il Norveçdə keçirilən Dünya Kubokunda Kramnik 2½–1½ hesabı ilə Dmitry Andreikini məğlub edərək Kubokun sahibi olmuşdur.

O, iki dəfə (2000-ci və 2006-cı illərdə) Şahmat Oskarına layiq görülmüşdür.