Pentala Harikrişna
Hindistan
10 may 1986-cı ildə anadan olmuşdur, FİDE reytinqi 2755 (Aprel 2017)
2004-cü ilin noyabrında gənclər arasında Dünya Çempionatının qalibi adını qazanmışdır.
2011-ci ildə Asiya birinciliyinin qalibi olmuşdur.
Pentala 2012-ci ildə “Tata Steel” turnirinin B Qrupunda və 2013-cü ildə Bil turnirində qələbə qazanmışdır.
Hindistan komandasının tərkibində Dünya komandalar arası Çempionatında bürünc, Asiya ölkələri üzrə şahmat çempionatlarında isə bir dəfə komanda hesabında qızıl, iki dəfə gümüş medalın və individual yarışlarda bürünc medalın sahibi olmuşdur.